Allahın 99 adı


Bismilləhir-Rahmənir-Rahim  ƏSMAÜL — HÜSNA ALLAHIN 99 ADLARI "Ən gözəl adlar Allahındır, Onu bu adlarla çağırıb dua edin....."  "Əraf" surəsi, 180-cı ayə. İmam Sadiq (ə) buyurmuşdur: «Allah-Təalanın 100-dən bir əskik (yəni 99) adı vardır, hər kim onun bu adlarına iman gətirərək saysa behiştə düşər»  Həmin adlar bunlardır: _____________________________________________________________________ 1. ALLAH — bütün gözəl sifətləri özündə ehtiva edən 2. ƏL-VAHID — yeganə 3. ƏL-ƏHƏD — bənzərsiz 4. ƏS-SAMƏD — ehtiyacsız 5. ƏL-AXİR — hər şeydən sonra mövcud olacaq 6. ƏS-SƏMİ — hər şeyi eşidən 7. ƏL-BƏSİR — hər şeyi görən (haqq-nahaqq) 8. ƏL-QƏDİR — hər şeyə qüdrəti çatan 9. ƏL-ƏVVƏL — hər şeydən əvvəl mövcud olmuş 10. ƏL-QAHİR — zalımları qəhr edən 11. ƏL-ƏLİYY — yüksək, uca 12. ƏL-Ə'LA — ən yüksək, ən uca 13. ƏL-BAQİ — əbədi, daimi, qaları 14. ƏL-BƏDİ — həmişə ixtira edən 15. ƏL-BARİ — yaradıcı 16. ƏL-ƏKRƏM — ən kəramətli 17. ƏZ-ZAHİR — aşkarda olan (yaxud aşkardakıları bilən) 18. ƏL-BATİN — gizlində olan (yaxud gizlindəkiləri bilən) 19. ƏL-HƏYY — diri 20. ƏL-HƏKİM — çox hikmətli 21. ƏL-ƏLİM — hər şeyi bilən, çox elmli 22. ƏL-HƏLİM — çox mülayim 23. ƏL-HƏFİZ — ən yaxşı qoruyucu, mühafizəçi 24. ƏL-HƏQQ — həqiqət 25. ƏL-HƏSİB — hər şeyi hesaba alan  26. ƏL-HƏMİD — həmd edilən (yaxud həmdə layiq) 27. ƏL-HƏFİYY — öz yaratdıqlarını çox sevən 28. ƏN-NUR — nur 29. ƏR-RƏBB — bəsləyən, pərvəriş edən 30. ƏR-RAHMƏN — çox mərhəmətli 31. ƏR-RƏHİM — həmişə mərhəmətli 32. ƏR-RƏUF — mehriban, şəfqətli 33. ƏR-RAİ — hər şeyi görən 34. ƏR-RƏQİB — nəzarətçi, keşikçi 35. ƏZ-ZARİ — yaradan (yaxud bəndələrinin aqibətini müəyyən edən) 36. ƏS-SƏLAM -hər təhlükədən salamatlığa çıxaran, əmin-amanlıq və salamatlıq verən 37. ƏR-RƏZZAQ (ƏR-RƏZİQ) — ruzi verən 38. ƏL-MÖ'MİN — iman bəxş edən (yaxud iman bəslənilən) 39. ƏL-MÜHƏYMİN — himayə edən 40. ƏL-ƏZİZ — çox izzətli 41. ƏL-CƏBBAR — zalımlara əziyyət verən 42. ƏL-MÜTƏKƏBBİR — məqamı uca tutulan, böyüdülən 43. ƏS-SƏYYİD — ağa, başçı 45. ƏŞ-ŞƏHİD — hər şeyə şahid olan və nəzarətçi olan 46. ƏS-SADİQ — sədaqətli, doğrucul 47. ƏT-TAHİR — pak, saf 48. ƏL-ĞƏNİYY — ehtiyacsız, varlı 49. ƏL-ĞİYAS — köməkçi 50. ƏL-FATİR — yaradan, vucuda gətirən 51. ƏL-FƏRD — tək, yeganə 52. ƏL-FƏTTAH — çətinlikləri həll edən 53. ƏL-FALİQ — dan yerini yaran, parçalayan 54. ƏL-QƏDİM — əzəli, olmadığı zaman təsəvvürə gəlməyən 55. ƏL-MƏLİK — mülk sahibi 56. ƏL-QÜDDUS — müqəddəs 57. ƏL-QƏVİYY — çox qüvvətli 58. ƏL-QƏRİB — çox yaxın 59. ƏL-QƏYYUM — dayanıqlı, sarsılmaz, sabit 60. ƏL-QABİZ — sıxan, canları alan, və ya qəbz edən 61. ƏL-BASİT — açıb sərən və ya səxavətli 62. QAZİYUL-HACAT — hökm verən, ehtiyacları həll edən 63. ƏŞ-ŞAFİ — şəfa verən, sağaldan 64. ƏL-MƏCİD — şan-şöhrətli, əzəmətli, ulu 65. ƏL-VƏLİYY (ƏL-MÖVLA) — dost (ağa, sərvər) 66. Əl-LƏTİF — lütf edən 67. ƏL-MƏNNAN — bəndələrinə çox ehsan edən 68. ƏL-MÜHİT — hər şeyi əhatə edən 69. ƏL-MÜBİN — hər şeyi bəyan edib aşkarlayan 70. ƏL-MÜQİT (ƏL-MÜĞİS) — ruzi verən (dada yetişən, yardımçı) 71. ƏL-MUSƏVVİR — hər şeyi formaya salan 72. ƏL-KƏRİM — çox kəramətli 73. ƏL-KƏBİR — çox böyük 74. ƏL-KAFİ — kifayət edən, hər şeyə bəs edən 75. KAŞİFÜZ-ZÜRR — zərərin üstünü açıb ifşa edən 76. ƏL-VİTR — tək-tənha 77. ƏL-ƏZİM — əzəmətli 78. ƏL-VƏHHAB — nemət bağışlayan 79. ƏN-NASİR — köməkçi, yardımçı 80. ƏL-VASE — çox əhatəli, geniş 81. ƏL-VƏDUD — bəndələrini çox sevən 82. ƏL-HADİ — hidayət edən, doğru yol göstərən 83. ƏL-VƏFİYY — vəfalı, sadiq 84. ƏL-VEKİL — himayəçi 85. ƏL-VARİS — qiyamətdə hər şey məhv olduqdan sonra tək qalacaq vücud 86. ƏL-BİRR — yaxşı sifətlərin sahibi 87. ƏL-BAİS — qiyamətdə ölüləri dirildəcək zat 88. ƏT-TƏVVAB — tövbələri qəbul edən 89. ƏL-CƏLİL — cəlallı 90. ƏL-CAVAD — səxavətli 91. ƏL-XƏBİR — hər şeydən xəbərdar olan 92. ƏL-XALİQ — xəlq edən, yaradan 93. XEYRUN-NASİRİN — ən yaxşı yardımçı 94. ƏD-DƏYYAN — hesabat gününün sahibi, hakim 95. ƏŞ-ŞƏKÜR — şükr edilən (yaxud şükrə layiq) 96. ƏS-SANE — yaradıcı 97. ƏL-ƏDL — ədalətli (yaxud ədalətin özü) 98. ƏL-ƏFÜVV — əfv edən, bağışlayan 99. ƏL-ĞƏFUR — günahları bağışlayan 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol